Türkiyədə milyarderə cinayət işi açıldı - Kürd qadına görün nə deyib?

Türkiyə hakimiyyəti kürd qadın haqqında etdiyi qeyri-etik zarafatla cəmiyyətdə böyük qəzəbə səbəb olan türkiyəli milyarder barəsində araşdırmalara başlayıb.

Bizim.Media xəbər verir ki, qalmaqallı bəyanat ölkənin ən böyük ailə konqlomeratı olan "Koç Holding"in keçmiş idarə heyətinin sədri, 95 yaşlı milyarder Rəhmi Koç tərəfindən İzmirdə xəstəxanalardan birinin açılış mərasimində səsləndirilib.

R.Koçun həkimlə kürd qadın arasındakı dialoqdan bəhs edən lətifə danışdığı videoçarx sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin etirazlara yol açıb.

Sosial şəbəkələrdə trendə çevrilən videoda Rəhmi Koç bu ifadələri işlədib:

"Həkim kürd qadının şikayətini dinləyir. Sonra ona “Xanım, pərdənin arxasına keçib soyunun” dedikdə, qadın cavab verir: “Həkim, yaxşı olar ki, əvvəlcə siz soyunasınız'".

Türkiyənin ədliyyə naziri Akın Gürlek bəyan edib ki, İzmir Baş Prokurorluğu sözügedən çıxışla bağlı öz təşəbbüsü ilə araşdırmalara başlayıb.

Nazir vurğulayıb: "Ədalətin tərəzisi kiminsə sərvətinə, tituluna və ya statusuna görə dəyişmir; məhkəmə hakimiyyəti hər zaman insan ləyaqətinin və qanunun keşiyində dayanır. Bu cür ifadələrin “zarafat” və ya yumor adı altında səsləndirilməsi qadınlarımıza və cəmiyyətimizin müəyyən bir hissəsinə qarşı nümayiş etdirilən kobudluğu azaltmır".

Kürdyönümlü Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiyası) həmsədri Tuncer Bakırhan da Rəhmi Koçun sözlərini pisləyib. O, bu çıxışı "kürd qadınlarını aşağılayan irqçi ifadələr" adlandırıb və bu cür ritorikanın tamamilə qəbuledilməz olduğunu vurğulayıb.

Yaranmış ciddi narazılıqdan sonra türkiyəli iş adamı üzr istəməli olub.

"Koç Holding"in "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə yayılan bəyanatda Rəhmi Koç deyib:

"Kimsəni incitmək niyyəti daşımayan sözlərimə görə səmimi qəlbdən üzr istəyirəm. Yaşanan bu hadisədən dolayı dərindən təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm".

Buna baxmayaraq, DEM Partiyasının nümayəndələri Rəhmi Koçu "ictimaiyyətdə nifrət və düşmənçiliyi qızışdırmaq", "insan ləyaqətini aşağılamaq", həmçinin "nifrət və ayrı-seçkilik salmaq" maddələri ilə ittiham edərək İzmir Prokurorluğuna rəsmi şikayət ərizəsi təqdim etdiklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, Rəhmi Koç 2003-cü ildə holding rəhbərliyindən uzaqlaşaraq idarəetməni böyük oğlu Mustafa Koça təhvil vermişdi. Mustafa Koç isə 2016-cı ildə 55 yaşında infarkt nəticəsində vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO