Müharibənin İran iqtisadiyyatına vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir. İnflyasiya, durğunluq və yaşayış çətinlikləri müharibədən sonrakı dövrün əsas problemləri kimi göstərilir.
Bizim.Media xəbər verir ki, bu haqda “Guardian” qəzeti məlumat yayıb.
Qəzet İranın müharibədən sonra həssas bir keçid mərhələsinə daxil olduğunu və ciddi iqtisadi-sosial problemlərlə qarşılaşacağını yazıb.
Qeyd olunub ki, İran iqtisadiyyatı müharibədən sonrakı dövrə ərzaq məhsullarında təxminən 130 faizlik, ət və toyuq məhsullarında isə 176 faizlik inflyasiya ilə daxil olur.
Ekspertlər yoxsulluğun, qidalanma problemlərinin və əhalinin rifah səviyyəsinin aşağı düşməsinin artacağı barədə xəbərdarlıq edirlər. Müharibənin İran iqtisadiyyatına vurduğu zərərin 270 milyard dollar olduğu təxmin edilir və sanksiyaların qismən azaldılması belə bu itkilərin yalnız kiçik hissəsini kompensasiya edə bilər.
Bizim.Media