Ermənistanda keçirilən parlament seçkilərindən və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın mütləq qələbəsindən sonra Ermənistanın eks birinci xanımı Anna Akopyan sosial şəbəkələrdə ilk paylaşımını edib.
Bizim.Media xəbər verir ki, seçki gərginliyindən uzaq və rahat tonda edilən bu paylaşım diqqətləri üzərinə çəkib.
Anna Akopyan şəxsi sosial şəbəkə hesabında paytaxt İrəvanda çəkilmiş yeni fotosunu yerləşdirib.
O, qələbə eyforiyası fonunda şəhərdə keçirilən kütləvi tədbirə işarə edərək, fotoya qısa olaraq “İrəvan Şərab Günləri” başlığını yazıb.

Bizim.Media