Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində qələbə qazandığını bəyan edib.
Bizim.Media xəbər verir ki, o, seçki qərargahında keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
Paşinyan partiyasının qalib gəldiyini bildirərək bunu “tarixi qələbə” adlandırıb.
Qeyd edək ki, seçki qutularının 93 faizinin sayılmasından sonra Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Patiyası səslərin 50,25 faizini toplayıb.
Bizim.Media