Ermənistan Anti-Korrupsiya Komitəsinin və Daxili İşlər Nazirliyinin Cinayət Polisinin Kotayk regional idarəsinin əməkdaşları tərəfindən təxminən 45 seçiciyə ümumi məbləği 7,5 milyon dram olan seçki rüşvətinin verilməsinə dair cinayətkar sxem aşkar edilərək qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə “NEWS.am” agentliyinə Anti-Korrupsiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, seçki rüşvətverməsi zamanı 7 nəfər saxlanılıb.
Qurum həmçinin faktla bağlı səs yazısını da ictimaiyyətə təqdim edib.
Bizim.Media