Ermənistanda parlament seçkisi zamanı saat 17:00-a olan məlumata görə, Daxili İşlər Nazirliyinin Operativ İdarəetmə Mərkəzinə 57 qanun pozuntusu ilə bağlı siqnal daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, seçkilər zamanı 19 təkrar səsvermə cəhdi, 15 səsvermənin məxfiliyinin pozulması, 2 seçki hüququnun həyata keçirilməsinə mane olma, bir seçki rüşvəti vermə və bir seçki məntəqəsində soyuq silah gəzdirmə faktı qeydə alınıb.
Qeyd olunub ki, araşdırmalar çərçivəsində 14 nəfər saxlanılıb. Hadisələrlə bağlı müvafiq yoxlamalar davam etdirilir.
Bizim.Media