Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində yaranan çətinliklərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, hökumət başçısı quruma üzv dövlətlər arasında vaxtaşırı ortaya çıxan məsələlərin normal olduğunu qeyd edib.
"Bu cür problemlər daim yaranır. Bütün Aİİ ölkələri bu tipli cari işçi problemlərlə üz-üzə gəlirlər", — deyə Nikol Paşinyan vurğulayıb.
Bizim.Media