Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanla Moskva arasındakı münasibətlərin mövcud vəziyyətini şərh edib.
Bizim.Media xəbər verir ki, hökumət başçısı iki ölkə arasında hər hansı bir problemin olmadığını iddia edib.
"Bu, süni şəkildə yaradılmış gərginlikdir. Bizim Rusiya ilə münasibətlərimiz institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır", — deyə Nikol Paşinyan vurğulayıb.
Bizim.Media