İyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Rusiyadan Ermənistana məcburi şəkildə vətəndaşlar gətirilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Civic.am" portalı məlumat yayıb.
Nəşr Rusiya Federasiyasının İrkutsk vilayətindən parlament seçkilərində səs vermək üçün Ermənistana gətirilən vətəndaşların siyahısını dərc edib.
Məqalədə Ermənistanın hüquq-mühafizə orqanlarına çağırış edilərək, sözügedən siyahının ciddi şəkildə araşdırılması tələb olunub.
Bizim.Media