Gecə yarısından etibarən Ermənistanda dövlət hakimiyyətinin ali orqanına – parlamentə seçkilərlə bağlı ölkədə hər növ təşviqatın qadağan edildiyi "sükut günü" qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, Ermənistan Parlamentinə seçkilərin iyunun 7-də keçirildiyi üçün 6 iyun “sükut günü” elan edilib.
Qanunvericiliyin xüsusiyyətlərinə görə bu və ya digər qüvvələrə əlavə mandatların verilməsi normaları işə düşməsə, parlamentə minimum 105 deputat seçiləcək.
Ermənistan parlamenti mütənasib sistemlə, yəni yalnız partiya siyahıları üzrə seçilir.
Ermənistanın 9-cu çağırış Parlamentində yer uğrunda 18 siyasi qüvvə – 16 partiya və 2 partiya bloku mübarizə aparır.
Parlamentə daxil olmaq üçün seçki baryeri partiyalar üçün 4%, bloklar üçün isə 8% təşkil edir.
Bizim.Media