Ərdoğan təcili nazirləri, komandanları yanına topladı

“Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın avqustun 4-də keçirilən toplantısından əvvəl Anıt qəbiri ziyarəti zamanı xatirə kitabına yazıb.

"Əziz, Atatürk, Ali Hərbi Şuranın üzvləri olaraq, 2021-ci il toplantısı münasibətilə bir daha sizin hüzurunuzdayıq. Türkiyə Cümhuriyyətini göstərdiyiniz kimi müasir sivilizasiyaların səviyyəsinə qaldırmaq üçün mübarizəmizi davam etdiririk.
 

MÖVZU İLƏ BAĞLI:

"Türkiyə bütün imkanlarını yanğınların söndürülməsi üçün səfərbər edib" - Ərdoğan 


Bütün dünyanı koronavirus pandemiyasının bürüməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatdan müdafiəyə, istehsalatdan səhiyyəyədək bir çox istiqamətdə əhəmiyyətli uğurlara imza atır.

Bu müddətdə Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”, - o qeyd edib.

Məlumata görə, Şuranın iclasında yaş məhdudiyyətinə əlavə olaraq hələ də gözləmə müddətini tamamlamayan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülərin vəzifəsinə davam etməsi gözlənilir.

Bildirilib ki, vəzifə müddəti və yaş həddini tamamlayan Quru Qoşunlarının komandanı general Ümit Dündarla bağlı vəziyyət qiymətləndiriləcək. Şuranın ötən il keçirilən toplantısında səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özballa bağlı da qərarın veriləcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi toplantıda vitse-pezident Fuat Oktay, milli müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə, milli təhsil nazirləri, Baş Qərargahın rəisi və başqa komandanları iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Kitab çap etdirmək üçün nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab çap etdirmək üçün nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Bakının bəzi ərazilərində işıq olmayacaq - ÜNVANLAR

Bakının bəzi ərazilərində işıq olmayacaq - ÜNVANLAR

Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı

Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı

"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı – FOTO

"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı – FOTO

Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - Video

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - Video

Evinə qohumunu qeydiyyata salanların nəzərinə — Açıqlama

Evinə qohumunu qeydiyyata salanların nəzərinə — Açıqlama

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar...

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar...

Vətən müharibəsinin xronikası: 21 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 21 oktyabr –VİDEO

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

36 yaşında karyerasını bitirir

36 yaşında karyerasını bitirir

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

End of content

No more pages to load

RADİO