Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - Video

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar.

Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?

Yeni övladın dünyaya gəlməsi və ya ailə həyatı qurmaq insan həyatının ən yaddaqalan anlarındandır. Bəzi sürücülər bu sevinci ətrafdakılarla bölüşmək üçün avtomobillərini müxtəlif yazılar, stikerlər və bəzək elementləri ilə bəzəyirlər.

Bizim.Media "Azad Azərbaycan" televiziyasına istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə avtomobillərini bu cür bəzəyən sürücülərin cərimələnməsi ilə bağlı paylaşımlar yayılıb.

Vətəndaşlar məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bəziləri avtomobillərin bəzədilməsini sevincin ifadəsi kimi qiymətləndirir, digərləri isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayırlar.

Mütəxəssislərin sözlərinə görə, avtomobillərin müvəqqəti bəzədilməsi özlüyündə qadağan deyil.

Lakin bəzək elementləri sürücünün görmə dairəsini məhdudlaşdırmamalı, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı, dövlət qeydiyyat nişanlarının və işıq cihazlarının görünməsinə mane olmamalıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücü avtomobil hərəkətdə olarkən dövlət qeydiyyat nişanlarının daim görünən olmasını təmin etməli, işıq cihazlarının və onların vasitəsilə verilən siqnalların üzərinin bağlanmasına yol verməməlidir.

"Dövlət qeydiyyat nişanının üzərini bilərəkdən bağlayan sürücü 500 manatdan 800 manatadək cərimələnə bilər. Əgər daşınan yük və ya avtomobilə vurulan bəzək elementi nömrə nişanının görünməsinə mane olarsa, bu hal yükdaşıma qaydalarının pozulması kimi qiymətləndirilə və 40 manat cərimə tətbiq edilə bilər", - deyə ekspert qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda maşın piyadanı vuraraq öldürdü

Abşeronda maşın piyadanı vuraraq öldürdü

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

"Buna görə 8 saat əməliyyatda qaldım"

"Buna görə 8 saat əməliyyatda qaldım"

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

"Brent" neftinin qiyməti 110 dolları ötdü

"Brent" neftinin qiyməti 110 dolları ötdü

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

End of content

No more pages to load

RADİO