Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab yazmaq yaradıcılıq və zəhmət tələb etdiyi kimi, onu nəşr etdirib oxucuya çatdırmaq da yazıçı üçün ayrıca bir mərhələdir.

Həm də problemli mərhələ...
 

Bu gün Azərbaycanda müəllifləri düşündürən əsas suallar dəyişməz qalır: kitab çap etdirmək neçəyə başa gəlir, nəşriyyat seçimi yazıçıya hansı imkanları yaradır və kitabın satışından gəlir əldə etmək nə dərəcədə mümkündür?


Xüsusilə gənc və yeni müəlliflər üçün nəşr prosesi həm yaradıcılıq yolunda mühüm addım, həm də maliyyə baxımından ciddi məsuliyyətdir. Hərçənd tanınmış, təcrübəli yazarlar çap olunmaq üçün sponsor dəstəyindən yararlansalar da öz hesablarına kitab nəşr etdikləri də az olmayıb.

Yazıçının sözü var, bəs çapına pulu varmı?

Bu gün nəşr evlərinin sayı artsa da, müasir Azərbaycan yazıçısı hələ də kitabını nəşr etdirmək üçün çətinliklərlə üzləşir, bunu danmaq olmaz. Bəzən  nəşriyyatların çoxluğu rəqabət görünüşlü olsa da, əslində təklif və fəaliyyətləri bir-birindən cüzi fərqləndiyinə görə işin ağırlığı yenə də yazıçının çiyinlərinə düşür. Kitabın redaktəsi, korrektəsindən tutmuş, təqdimatına qədər məsuliyyətli işləri özü həyata keçirməli, ən azından işin yarısından çoxunu həll etməlidir.

Nəşriyyatların əksəriyyəti müəllifin yalnız əsərini çap edir, onun oxucuya çatdırılmasında, reklamında məsuliyyət daşımırlar.

Bütün bu çətinliklər müəllifin ədəbi fəaliyyətinə əlbəttə təsirsiz ötüşmür. Yorucu, zamanalıcı proseslər onun məhsuldarlığını aşağı düşürə, ən əsası həvəsdən sala bilər.

Maraqlıdır, günümüzdə müəllif öz əsərini oxucuya çatdırmaq üçün nə qədər xərc çəkməlidir və nəşriyyat seçimi bu prosesə necə təsir edir?

Bu suallara cavab tapmaq üçün müxtəlif nəsilləri və yaradıcılıq təcrübələrini təmsil edən bir neçə yazarımızın fikirlərini öyrəndik:

Şair-yazıçı Zahid Sarıtorpaq: “Özümə 15-20 kitab versinlər, qalanın satıb, pulunu götürə bilərlər”

“Sonuncu dəfə bu ilin mayında şeirlər kitabım nəşr olunub. Tanınmış nəşriyyatların birindən təklif gəldi, dəyərləndirdim. Təqdimatını da özləri keçirdilər. Əlbəttə ki, bu sevindirici haldır, çünki nəşr işi bu gün yazıçıların ən çox çətinlik çəkdiyi proseslərdəndir – kitabı çap etdirsin, yoxsa onun tanıtımını, satışını həyata keçirsin. Bütün bu prosesləri nəşriyyat öz üzərinə götürəndə yazıçı üçün də asan olur.

Ümumilikdə isə kitab nəşri bu günün yazıçısı üçün öz hesabına çox çətindir. Hazırda mənim əlimdə nəşrini gözləyən 3 roman, bir povest var. Bundan əlavə çapa hazır 6-7 kitablıq şeirlərim var. Təsəvvür edin, yeniyetməlikdən şeir yazıram. Bütün bu sadaladığım kitabların çapı üçün tələb olunan məbləği təbii ki, çatdıra bilmərəm. Yenə də ümidliyəm, planlaşdırıram ki, müraciət edim çap etsinlər. Mənim özümə 15-20 kitab versinlər, qalanın satıb, pulunu götürə bilərlər”.

Şair Qəşəm Nəcəfzadə: “Bu günə qədər bütün kitablarımın tanıtımını, təqdimatını özüm etmişəm”

“Sonuncu kitablarım ötən il nəşr olunub. Bir neçə kitab olduğuna görə, bir kitabın konkret neçəyə başa gəldiyini dəqiq hesablamamışam. Kitablarım sponsor dəstəkli deyil, öz hesabıma çap etdirmişəm. Amma onu deyə bilərəm ki, günümüzdə kitabın tirajından, kağızından, şriftindən, ümumilikdə keyfiyyətindən asılı olaraq ən aşağısı 800 manata başa gəlir. Ortalama 1000-1200 manata ərsəyə gətirmək mümkündür. Mən şəxsən nəşriyyata müraciət edərkən çalışıram ki, sarı kağız olsun, dizaynı, ən əsası da keyfiyyəti çox önəmlidir. Bu günə qədər bütün kitablarımın tanıtımını, təqdimatını özüm etmişəm. Bu da günümüzdə hər yazar  üçün əlçatan deyil”.

Şairə Şahanə Müşfiq: “Bu gün bir yazarın öz hesabına kitab çap etdirməsi çox baha başa gəlir”

“2025-ci ildə bir şəhidimiz haqqında kitabım işıq üzü görüb. Kitabın bütün xərclərini və təqdimatını şəhidin ailəsi, yaxınları öz üzərinə götürmüşdülər. 2018-ci ildə şeirlər kitabım Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsi çərçivəsində çap olunub.  Daha sonra bir hekayə kitabım da mərhum millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə ərsəyə gəlib. Amma təəssüf ki, bu gün bir yazarın öz hesabına kitab çap etdirməsi çox baha başa gəlir.
 

Nəzərə alsaq ki, bu günün şair və yazıçıları əsasən, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərirlər. Mən özüm də mətbuat nümayəndəsiyəm. Nə qədər maaş almalıdırlar ki, təxminən 1200-1500 manata başa gələn kitabı çap etdirə bilsinlər?!


Məsələn, qeyd etdiyim şəhidlə bağlı kitabın nəşri zamanı son qiymətlərlə maraqlandım, cəmi 300 tirajı olan kitab, həm də şəkilli, rəngli olduğu üçün 2000-dən artıq maddiyyat tələb etdi. Hazırda isə bir şeir kitabımı çap etdirmək istəyirəm, amma onun ərsəyə gəlməsi üçün lazımi məbləği toplamalıyam. Bu da hələ ki imkan xaricindədir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda maşın piyadanı vuraraq öldürdü

Abşeronda maşın piyadanı vuraraq öldürdü

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

"Buna görə 8 saat əməliyyatda qaldım"

"Buna görə 8 saat əməliyyatda qaldım"

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

"Brent" neftinin qiyməti 110 dolları ötdü

"Brent" neftinin qiyməti 110 dolları ötdü

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

End of content

No more pages to load

RADİO