Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb.
Hərəkətdə olan iki "Hyundai" avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri idarəetməni itirərək yol kənarındakı ağaca və evə çırpılıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media