Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyata keçirir. Proses üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 1545 000 manat təşkil edir.

Qarşıdakı qış mövsümündə Azərbaycanda, xüsusilə Bakıda hava şəraiti necə olacaq? Paytaxtda güclü qar yağması və yolların buz bağlaması ehtimalı nə qədərdir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənovanın sözlərinə görə, qış mövsümünə qabaqcadan hazırlaşmaq zəruridir:

“Çünki hava şəraitinin qəfil dəyişməsi, temperaturun sıfırdan aşağı düşməsi, yolların, körpülərin və yol ötürücülərinin buz bağlaması nəqliyyatın hərəkətində ciddi çətinliklər yarada bilər. Xüsusilə intensiv nəqliyyat axınına malik Bakıda belə halların qarşısının alınması insanların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdan gələn qışda Azərbaycanda, xüsusilə paytaxtda güclü qar yağacağı və kəskin şaxtaların müşahidə ediləcəyi barədə əvvəlcədən qəti fikir söyləmək düzgün olmaz.

Mövsümi hava proqnozları ümumi tendensiyaları göstərsə də, konkret ərazilərdə qarın intensivliyini və buzlanmanın müddətini uzun müddət əvvəldən dəqiqliklə müəyyənləşdirmək mümkünsüzdür. Buna görə də texniki duz ehtiyatının yaradılmasını mütləq şəkildə sərt qış gözləntisi ilə əlaqələndirmək olmaz. Bu, eyni zamanda, mümkün risklərə qarşı qabaqlayıcı tədbirdir. Bakının qış mövsümünə hazırlığı məsuliyyətli yanaşma tələb edir. Burda məqsəd yalnız qar yağanda yolları təmizləmək deyil, mümkün buzlanma risklərini əvvəlcədən azaltmaqdır”.

Ekoloq bildirib ki, satınalmaya ayrılan vəsaitin həcmi ayrıca diqqət tələb edir:

“Əgər əvvəlki mövsümlə müqayisədə eyni miqdarda texniki duzun alınması üçün nəzərdə tutulan məbləğdə ciddi fərq yaranıbsa, bu artımın səbəbləri aydın şəkildə izah edilməlidir. Bunun üçün satınalmanın şərtləri, texniki tələblər, bazar qiymətləri, daşınma və digər mümkün xərclər müqayisəli şəkildə araşdırılmalıdır.

Digər mühüm məsələ alınacaq duzun miqdarının real ehtiyaclara uyğun müəyyənləşdirilməsidir. Ötən mövsümdən qalan ehtiyatların olub-olmaması, duzun hansı ərazilərdə və hansı həcmdə istifadə ediləcəyi, saxlanma şəraiti və sərfiyyata nəzarət mexanizmləri də nəzərə alınmalıdır. Çünki qışa hazırlıq yalnız lazımi materialın alınması ilə bitmir, həmin materialın düzgün bölüşdürülməsi və vaxtında tətbiqi də vacibdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

Bakının mərkəzindəki restoranda yanğın – VİDEO

"Buna görə 8 saat əməliyyatda qaldım"

"Buna görə 8 saat əməliyyatda qaldım"

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Tramp: "Rusiya daim irəliləyən nəhəng bir maşındır" – VİDEO

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı ƏMƏLİYYAT - Ölən var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Pulunu banka yatırmaq istəyənlərə BƏD XƏBƏR

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Rusiya Rovno vilayətindəki "Epicentr" hipermarketinə zərbə endirdi – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

"Brent" neftinin qiyməti 110 dolları ötdü

"Brent" neftinin qiyməti 110 dolları ötdü

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Çempionlar Liqası: "Bavariya” "Arsenal"ı, "Lill" "Qalatasaray"ı SINAĞA ÇƏKƏCƏK

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Maskdan XƏBƏRDARLIQ: Ənənəvi valyuta əhəmiyyətini itirəcək

Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab çap etdirmək nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

End of content

No more pages to load

RADİO