Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda Dortmund “Borussiya”sına 1:2 hesablı məğlubiyyəti şərh edib.

Bizim.Media xəbər verir ki, litvalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Xal qazanmaq üçün nə çatmadı?

– Keyfiyyət fərqi özünü göstərdi. Yaxşı imkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Əlimizdən gələni etdik. Son saniyəyə qədər oyunun içində qaldıq. Lakin rəqibin ustalığı özünü göstərdi. Onlar yaranan imkanlardan istifadə etdilər. Futbolçularımın göstərdiyi mübarizə ilə fəxr edirəm.

– Komandanın taktiki planı necə idi?

– Görünür, oyuna tam baxmamısınız. Baxın, görəcəksiniz. Nə etməyə çalışdığımızı, necə hücum etdiyimizi və necə müdafiə olunduğumuzu başa düşəcəksiniz.

– Orfe Mbina komandanın jokeridir. O, dəfələrlə vacib məqamlarda meydana çıxaraq faydalı olub. Bu gün də qol epizodları yaratdı. Onun çıxışından razısınız?

– Komandadakı hər kəsdən razıyam. Hamı bacardığını etdi. Futbolçular başa düşürlər ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Bizdə rəqabətə davamlı sistem var. Bəzən hansısa futbolçu daha faydalı olur. Mbina da bu gün komandaya töhfə verə bildi. Ondan çox razıyam.

– Bu oyunda sizi ən çox nə məyus etdi?

– Razıyam ki, daha keyfiyyətli komanda qalib gəldi. Unutmayaq ki, “Borussiya” hazırda Avropanın ən yaxşı komandalarından biridir. Bəli, ilk hissədə onların yaxşı epizodları oldu. Amma fasilədən sonra biz də qol imkanları yaratdıq. Hesabı bərabərləşdirə bilərdik. Ümumilikdə vəziyyət pis deyil.

Ən məyusedici məqam oyuna pis başlamağımız idi. Çempionlar Liqasında sürət və gərginlik tamamilə fərqlidir. Hər iki hissəyə pis başladıq və erkən qollar buraxdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. İstənilən halda, futbolçularımla fəxr edirəm. Onlar son dəqiqəyə qədər təslim olmadılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Kitab çap etdirmək üçün nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

Kitab çap etdirmək üçün nə qədər əlçatandır? – Müasir yazıçıların nəşr SINAĞI

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq – Əraqçi

İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Bakının bəzi ərazilərində işıq olmayacaq - ÜNVANLAR

Bakının bəzi ərazilərində işıq olmayacaq - ÜNVANLAR

Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı

Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı

"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı – FOTO

"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı – FOTO

Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - Video

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - Video

Evinə qohumunu qeydiyyata salanların nəzərinə — Açıqlama

Evinə qohumunu qeydiyyata salanların nəzərinə — Açıqlama

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar...

Hava kəskin DƏYİŞİR – Leysan, dolu, qar...

Vətən müharibəsinin xronikası: 21 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 21 oktyabr –VİDEO

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

36 yaşında karyerasını bitirir

36 yaşında karyerasını bitirir

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

"Fənərbağça" son anda qələbəni əldən verdi

"Fənərbağça" son anda qələbəni əldən verdi

End of content

No more pages to load

RADİO