Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir - FOTO

Avropada ictimai rəyi formalaşdıran mühüm media platformalarından biri olan “Modern Diplomacy” nəşri “Keçmiş sovet respublikalarından Rusiyaya ixracın artması Avropanın sanksiyalarından yan keçməyə kömək edir” adlı məqalə dərc edib.

//moderndiplomacy.eu/2024/04/27/europes-exports-to-former-soviet-republics-are-helping-russia-beat-sanctions/

Asiya ölkələri üzrə müstəqil jurnalist Krişna Naqın məqaləsində Ermənistanın Rusiyaya Qərb sanksiyalarından yan keçməsində yardımçı rolundan bəhs edilir.

Bizim.Media report.az-a istinadən həmin məqaləni nəzərinizə çatdırır:

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra Avropadan Rusiyaya silah və “ikili təyinatlı” malların ixracı qadağan edilib. Bu, Ukraynaya qanunsuz müdaxilə üçün silah kimi istifadə oluna biləcək malların Rusiyaya birbaşa ixracının qarşısını alıb.

Bununla belə, Avropa ticarət məlumatları göstərir ki, Ermənistan kimi ölkələrə ixrac 2022-ci ilin fevral ayından etibarən kəskin şəkildə artıb. Bu isə onu göstərir ki, Ermənistan kimi ölkələr Rusiyanın sanksiyalardan yan keçməsi üçün kanal rolunu oynayır.

Böyük Britaniyanın "Sky News" telekanalının təhlilinə əsasən, Avropa şirkətlərinin yüz milyonlarla dollar dəyərində texnika və avadanlığı hansısa yollarla Rusiyaya da gəlib çatır. Bu isə sanksiyalar rejimini sarsıdır və Vladimir Putinin "döyüş maşını"nı gücləndirir.
Bu mallar, o cümlədən pilotsuz avadanlıq, optik alətlər və ağır texnika Ermənistan və Gürcüstan kimi keçmiş sovet satellit-ölkələrə göndərilir və əlverişli ticarət əlaqələri sayəsində oradan Rusiyaya daşına bilir.

Avropa İttifaqının 45 kateqoriyalı texnika və avadanlıq siyahısında Ukraynada döyüş meydanlarında aşkarlanmış Rusiya silahlarının qalıqları var.

Ticarət göstəriciləri göstərir ki, Ukraynanın işğalından sonra Rusiyanın özünə birbaşa mal tədarükünün kəskin azalmasına baxmayaraq, Avropanın böyük həcmdə “ikili istifadəli” malları hələ də Moskvaya gedib çıxır.

"Sky News"un təhlilinə görə, Britaniyanın bəzi keçmiş sovet ölkələrinə silah ixracı Ukrayna vətəndaşlarını öldürmək üçün istifadə edilir. Bu ixrac isə Ukraynada müharibə başlayandan 500 %-dən çox artıb.

Britaniya şirkətləri regiona 7,5 milyon ABŞ dolları dəyərində mal tədarük ediblər ki, bu da sözügedən ölkələrə ixracın tarixi səviyyəsindən yüksəkdir. Bunlara təyyarələrin, helikopterlərin və pilotsuz uçuş aparatlarının hissələri daxildir ki, pilotsuz və digər uçuş aparatları yaratmaq üçün istifadə edilə bilər. Aviasiya avadanlığı və radionaviqasiya vasitələri ixrac olunan mallar siyahısındadır.

Britaniya mallarının Rusiyaya axını müharibə başlayandan sonra 74 % azalıb. Rusiyaya ixrac olunan mallar, əsasən ərzaq, tibbi ləvazimatlar və digər humanitar vasitələrdir. Ağır texnika, elektrik avadanlıqları və avtomobillərin birbaşa ixracı demək olar ki, sıfıra düşüb.

Bunun əksinə olaraq, Böyük Britaniyanın Ermənistana ixracının kəskin artımı həmin malların Rusiyaya da tədarükünə yol açıb. Ermənistanın Dövlət Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 5,3 milyard ABŞ dollarına çatıb. Bu tendensiya 2023-cü il və 2024-cü ilin ilk aylarında da davam edib.

Eyni şəkildə, Ukrayna işğalından sonra Ermənistanın BƏƏ-yə ixracı 200 % artıb. Brukinqs İnstitutunun baş elmi işçisi Robin Bruksun fikrincə, Rusiyanın Ukraynaya təcavüzü ilə paralel olaraq Ermənistanla ticarət dövriyyəsi də gücləmnib: "BƏƏ-də doğrudanmı erməni mallarına tələbat bu qədər artıb? Əlbəttə, yox. Bunlar əsasən, Aİ-dən Rusiyaya gedən Qərb mallarıdır”.

BMT-nin "Comtrade" məlumat bazasına görə, son iki ildə Ermənistandan Rusiyaya ixrac edilən malların siyahısına mobil telefonlar, kompüterlər, qulaqlıqlar və digər texniki avadanlıqlar daxildir.

Digər Avropa ölkələri, o cümlədən Fransa, Almaniya və Polşa da Ermənistan və Gürcüstan vasitəsilə Rusiyaya külli miqdarda texnika göndərdiyi üçün bu, ümumavropa problemidir. IIF maliyyə institutunun keçmiş baş iqtisadçısı Robin Bruks Sky News-a deyib: "Aydındır ki, Avropa dövlətləri Rusiyanın Mərkəzi Asiyada yerləşən satellit-ölkələrindən birindən sifariş alırlar. Dəqiq bildiyimiz odur ki, baş verən ixrac artımı tamamilə ağılsızlıqdır və bu ölkələrdə heç bir əsas məlumatla uyğun gəlmir. Ona görə də yeganə ağlabatan variant Rusiyadır. Məncə, əsas sual budur: niyə Aİ-də bunun qarşısını yüksək səviyyədə almaq üçün heç bir iş görülmür?"

"Sky News"a görə, ticarətin miqyası şoka salır. Bu, Fransa kimi ölkələrin Ermənistana birbaşa silah satışı ilə daha da kəskin forma alır. Bildirilir ki, 2023-cü ilin oktyabrında Ermənistan Müdafiə Nazirliyi və Fransanın “Thales” müdafiə qrupu ən son "GM-200" radar sistemindən üçünün ixracı barədə müqavilə imzalayıb. "GM200" radarlarının tədarükü böyük əhəmiyyət kəsb edəcək, çünki onlar eyni vaxtda 250 kilometr radiusda hərbi təyyarələri, pilotsuz aparatları və hətta raketləri müəyyən edib izləyə bilirlər.

Oktyabr ayında isə Fransanın qısamənzilli zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi ilə bağlı “niyyət məktubu” imzalanıb. Sonradan məlum olub ki, Fransa da Ermənistana 50 zirehli transportyor verəcək. Ötən ilin dekabrında Gürcüstanın Poti limanında Ermənistana getdiyi iddia edilən 24 ədəd "Bastion" zirehli transportyoru görünüb. Hələlik heç bir tərəf "Bastion"ların çatdırılması faktını təsdiqləməyib.
Fransanın müdafiə naziri Sebastian Lekornu vurğulayıb ki, Ermənistana silah tədarükü sırf müdafiə xarakteri daşıyır, baxmayaraq ki, bu cür silahların sonda Rusiyaya yol tapa biləcəyi ilə bağlı narahatlıqlar var.

Hazırda isə Avropanın qarşısında Rusiyaya qarşı sanksiyaların yan keçməməsi üçün görəcəyi çox iş var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

17 illik evliliyini bitirdi, sevgini özündən 10 yaş kiçik aktyorda tapdı

17 illik evliliyini bitirdi, sevgini özündən 10 yaş kiçik aktyorda tapdı

Azərbaycan XİN-dən İndoneziyaya başsağlığı – FOTO

Azərbaycan XİN-dən İndoneziyaya başsağlığı – FOTO

Kim Çen İnlə şəklini paylaşdı – “Əla yola gedirik” – FOTO

Kim Çen İnlə şəklini paylaşdı – “Əla yola gedirik” – FOTO

Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər

Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər

Əməkdar artistin kuryerə verdiyi 200 manat gündəm oldu —VİDEO

Əməkdar artistin kuryerə verdiyi 200 manat gündəm oldu —VİDEO

ABŞ Dövlət Departamentindən Konqresə 907-ci düzəlişlə bağlı BİLDİRİŞ - FOTO

ABŞ Dövlət Departamentindən Konqresə 907-ci düzəlişlə bağlı BİLDİRİŞ - FOTO

Husilər Moxa limanına yenidən hücum etdi – VİDEO

Husilər Moxa limanına yenidən hücum etdi – VİDEO

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Avqustda hansı bürclər yeni iş tapa bilər? -Yüksək maaş onları gözləyir

Avqustda hansı bürclər yeni iş tapa bilər? -Yüksək maaş onları gözləyir

Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq?– VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq?– VİDEO

Daha bir ölkə “Məkkə sazişi”nə QOŞULA BİLƏR

Daha bir ölkə “Məkkə sazişi”nə QOŞULA BİLƏR

Talibandan ABŞ-a ÇAĞIRIŞ – “Səfirliyi açın, investisiya yatırın”

Talibandan ABŞ-a ÇAĞIRIŞ – “Səfirliyi açın, investisiya yatırın”

“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır”– Video

“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır”– Video

Ərdoğan: “Türkiyənin Aİ-yə üzv olmamasından əsl uduzan Avropadır”

Ərdoğan: “Türkiyənin Aİ-yə üzv olmamasından əsl uduzan Avropadır”

Kənd sakinləri tarixi körpünü öz vəsaitləri hesabına BƏRPA ETDİLƏR – FOTO

Kənd sakinləri tarixi körpünü öz vəsaitləri hesabına BƏRPA ETDİLƏR – FOTO

Alim Qasımov bağında ad günü etdi -Video

Alim Qasımov bağında ad günü etdi -Video

Qonaqları nişan mərasiminə aparan avtobus QƏZAYA DÜŞDÜ – Ölən və yaralılar var – VİDEO

Qonaqları nişan mərasiminə aparan avtobus QƏZAYA DÜŞDÜ – Ölən və yaralılar var – VİDEO

Asif Nəsirlinin qəbirüstü hazırlanıb – FOTO

Asif Nəsirlinin qəbirüstü hazırlanıb – FOTO

End of content

No more pages to load

RADİO