Erməni uşaqlarının hərbi təlimlərə cəlb olunması ilə bağlı FAKTLAR – FOTO/VİDEO 

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

O da məlumdur ki, Ermənistan tərəfi bu cür çirkin əməlləri gizlətməyə ehtiyac belə duymur. Erməni KİV-ləri və sosial şəbəkələrdə uşaqların nifrət ruhunda tərbiyəsi və döyüş təlimlərinə cəlbi açıq formada tirajlanır.
Sosial şəbəkələrin erməni seqmentində bu cür hallar müsbət qarşılanır, Azərbaycanla növbəti müharibə, revanşist duyğulardan fəxrlə bəhs olunur.

Ermənistanda və Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində uşaqların hərbi təlimlərə cəlb olunması, Azərbaycanla yeni müharibəyə hazırlanması ilə bağlı açıq mənbələrdə kifayət qədər faktlar var.

Bizim.Media bununla bağlı bir sıra faktları təqdim edir:

Hələ 44 günlük Vətən müharibəsi dönəmində Ermənistanda yeniyetmələrin döyüşlərə cəlb edilməsi nəzərdə tutulurdu.

Bu məqsədlə aktiv təlimlərə də start verilmişdi. Həmin dönəmdə yayılan görüntülərdə erməni hərbçilərinin hətta 13-14 yaşında qızlardan da istifadə etikləri öz əksini tapmışdı.


2021-ci ilin iyununda Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyi 11-ci sinif şagirdləri üçün hərbi idman düşərgələri adlı pilot proqramı başladığını elan edib. Təqribən 100 şagirdin iştirak etdiyi 12 günlük düşərgənin proqramında uşaqların hərbi münaqişələrdə iştirakı imkanları nəzərdə tutulub.

2021-ci ilin oktyabrında isə ABŞ-ın "Washington Examiner” nəşrində bununla bağlı məqalə dərc olunub. Həmin materialda ABŞ ordusunda xidmət etmiş “Aram” ləqəbli Livan ermənisinin Ermənistanda uşaqlara hərbi təlim keçməsindən bəhs olunur. Əksəriyyəti 12-17 yaş aralığında, ümumi sayı 2 min nəfərdən çox olan uşaqların bu proqram çərçivəsində təlimlərə cəlb olunması nəzərdə tutulurdu.

2021-ci ilin avqustunda Azərbaycan Ombudsman Aparatı azyaşlı erməni uşaqlarının döyüş əməliyyatlarına cəlb edilməsi ilə bağlı bəyanat yayıb.


2021-ci ilin sentyabrda sosial mediada yayılan görüntülərdə isə uşaqların təkcə Ermənistanda deyil, Qarabağın sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə də hərbi təlimlərə cəlb olunduğunu nümayiş etdirib. Üstəlik, həmin görüntülərdə təlimlərin Rusiya sülhməramlılarının gözü qarşısında keçirildiyi də diqqətdən yayınmayıb.

Ötən ilin dekabrında sosial şəbəkələrin erməni seqmentində yayılan separatçıların uşaqları hərbi məqsədlərlə istifadə etmək üçün hansı miqyasda hazırlıq gördüklərini daha aydın şəkildə ortaya qoyub. Həmin görüntülərdə separatçılar tərəfindən yeniyetmələrin hərbi hazırlıq məşqlərində istifadə etdikləri görünür.

Digər tərəfdən, Ermənistanda fəaliyyət göstərən “VOMA”, “POGA” və “Mets Tiqran” adlı silahlı birləşmələr də müntəzəm olaraq uşaqlar üçün hərbi təlim kursları təşkil edirlər. 

VOMA təşkilatının teleqram kanalında ötən həftə Ermənistanın Talin şəhərində yeniyetmələrin hərbi hazırlıqlara cəlb olunması ilə bağlı məlumat dərc olunub. Paylaşılan görüntülərdə yeniyetmə oğlan və qızların silahlı məşqlərə cəlb olunduğu aydın görünür. 


Uzun illərdir ki, bu fəaliyyətlə məşğul olan VOMA-nın hələ Vətən müharibəsindən əvvəl, 2019-cu il iyunun 18-də başlayan və bu gün yekunlaşan 12 günlük təlimlər zamanı 12-18 yaş arasında 170 erməni yeniyetməni dağ atıcılığı təlimlərinə cəlb edildiyi açıqlanmışdı.

Onu da qeyd edək ki, VOMA-nın Ermənistanın bir sıra bölgələrində, o cümlədən İrəvan, Mehri, Qafan və Talin şəhərlərində hərbi hazırlıq mərkəzləri fəaliyyət göstərir. Və orta məktəbin son iki sinfində təhsil alan uşaqlara bu mərkəzlərdə təlimlər keçilir.
Poqa isə 2021-ci ilin sentyabrında özünün “youtube” kanalında yeniyetmələrə hərbi təlimlər keçməsi ilə bağlı görüntüləri yayımlayıb.

Qeyd edək ki, Ermənistan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur.

Murad Əhmədov, Bizim.Media 
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO