Britaniyanın "Mİ-6" rəhbəri İrəvana niyə gəldi? - SƏFƏRİN PƏRDƏARXASI

Böyük Britaniyanın “Mİ6” kəşfiyyat idarəsinin rəhbəri Riçard Murun İrəvana səfəri geniş müzakirələrə səbəb olub. Xüsusilə də, regionda gedən proseslər fonunda Britaniyanın xüsusi xidmətinə rəhbərlik edən şəxsin ilk dəfə İrəvana gəlməsi daha çox diqqəti çəkib. Belə ki, Mur səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Məlumat üçün bildirək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Britaniyaya səfəri çərçivəsində dekabrın 12-də Riçard Murla Londonda görüşüb. Bundan cəmi 5 gün sonra Murun İrəvana gəlməsi isə səfərin səbəb və hədəfləri ilə bağlı daha ciddi ehtimalları meydana çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri ilə Cənubi Qafqazdakı prosesləri MÜZAKİRƏ ETDİ 


Muru İrəvana gətirən səbəblər

Əvvəla qeyd etmək yerinə düşər ki, Britaniya kəşfiyyatının rəhbərliyinə gətirilməzdən əvvəl Mur ölkəsinin Türkiyədə səfiri vəzifəsini icra edib. Bu səbəbdəndir ki, Murun Türkiyə ilə yaxın əlaqələrə sahib olduğu ilə bağlı fikirlərə daha çox rast gəlinir.

Təsadüfi deyil ki, erməni mətbuatı da Murun İrəvan ziyarətindən danışarkən daha çox bu məqamın üzərinə fokuslanıb. Erməni politoloq Hrant Mikaelyan səfərlə bağlı Ermənistan mətbuatına açıqlamasında bunları deyib:

“Əgər Ermənistan hakimiyyəti Riçard Murla əlaqə saxlayırsa, deməli, üçüncü tərəf də var - Türkiyə. Və bu, əslində, İrəvanla Ankara arasında dolayı təmaslar da demək olar. Amma bu təmaslar kimin gündəliyi ətrafında gedir, bunu demək çətindir”.
Mikaelyan ikinci bir ehtimal kimi Riçard Murun İrəvandakı danışıqlarının mümkün müzakirə mövzusunun Qarabağ probleminin həlli ola biləcəyi variantını ön plana çıxarıb:

"Əgər söhbət Qərbin danışıqlar platformalarından gedirsə, o zaman əvvəlcə Brüssel formatı, sonra Vaşinqton formatı var idi. İndi britaniyalılar yəqin ki, İrəvanı bu danışıqlara sıxışdırmaq istəyirlər. Deməliyəm ki, hipotetik variant daha çox azərbaycanpərəstlik ola bilər. Biz London və Paris arasında ənənəvi rəqabəti də başa düşməliyik. Bildiyiniz kimi, Paris daha çox ermənipərəst mövqe tutur”, - politoloq qeyd edib.

İran dağılır, Ermənistan KTMT-dən qaçır, Zəngəzur dəhlizi isə...

Murun İrəvana gəlməsi ilə bağlı yerli mətbuata danışan rusiyalı professor Stanislav Tkaçenko qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi və bu məsələdən İrana təzyiqləri artırmaq üçün istifadə edilməsi ehtimalı da var:

“Bu gün Tehran Zəngəzur dəhlizi layihəsini öz təhlükəsizliyinə və iqtisadiyyatına təhdid hesab edir, çünki əmindir ki, reallaşacağı təqdirdə Ermənistanla İran arasında quru əlaqəsi pozulacaq və ya tamamilə kəsiləcək. Tehranın bu qorxuları Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirəsi zamanı aradan qaldırıla bilər. Amma hesab edirəm ki, R.Mur nəqliyyat sektorunda İrana hər hansı təminat verilməsinin əleyhinədir və o, İrəvandakı danışıqlarda öz mövqeyini açıq şəkildə ortaya qoya bilər”.

Bir digər ehtimal isə Ermənistanın KTMT-dən uzaqlaşıb, Qərbin orbitinə doğru sürüklənməsi ilə bağlı ola bilər. Bəllidir ki, Ermənistan Rusiyadan qaçmağa çalışır.
Britaniya da bu məsələdə maraqlı tərəflərdən biridir. Və açıq görünür ki, rəsmi İrəvanın KTMT-dən uzaqlaşması istiqamətində ciddi iş gedir.

Riçard Mur da Ermənistana gəlməklə ölkəsinin Paşinyanın Rusiyadan uzaqlaşmasına dəstəyini ifadə etmiş və ya praktiki vədlər vermiş ola bilər.

Ümumilikdə isə Riçard Murun Ermənistana səfərinin ciddi nəticələr doğuracağını, müəyyən prosesləri tətikləyəcəyini təxmin etmək elə də çətin deyil. Görünən qədərilə, regionumuz böyük geosiyasi dəyişikliklərin astanasındadır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

End of content

No more pages to load

RADİO