Azərbaycan-Türkiyə təlimləri İranda hansı effekti yaradıb? – ARAŞDIRMA 

Xəbər verdiyimiz kimi, İranla sərhəd bölgələrdə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib. Cənub qonşumuzun bir neçə həftə öncə Arazın o tayında keçirdiyi təlimlərə cavab mahiyyəti daşıyan hərbi gedişlər İranda heç də birmənalı qarşılanmayıb.

Adətən, İran rəsmilərinin dilindən eşitməyə alışdığımız təhdid ritorikasını bu dəfə cənub qonşumuzun media resursları davam etdiriblər.

Belə ki, “İran diplomatiyası” saytı dekabrın 6-da “Abrar-e Müasir” İnstitutunda “Qafqazın gələcəyinə baxış” adlı konfransı geniş işıqlandırıb. Maraqlıdır ki, Azərbaycan-Türkiyə təlimləri start verən kimi, qeyd olunan institut Ermənistanın İrandakı səfiri Arsen Avakyanı da tədbirə dəvət edib.

Müzakirələrdə erməni diplomat İran-Ermənistan müttəfiqliyindən ağız dolusu bəhs edib: 

“İran şirkətlərinin Sünikdə (Qərbi Zəngəzurda) tikinti layihələri həyata keçirməsini alqışlayırıq. Bakı hücumlara görə məsuliyyət daşıyır”.

İranın narahatlığının digər örnəyi isə Azərbaycan əlehinə radikal və qərəzli açıqlamaları ilə seçilən siyasi şərhçi Salar Seyfəddinidən gəlib. 

“Azərbaycan bu günlərdə Ermənistanla döyüşmək üçün Sünikdə (Qərbi Zəngəzurda) olmalı idi, əvəzində İran sərhədində göründü”, - deyə Seyfəddini tvitter hesabında qeyd edib.

Bu tvitdən aydın göründüyü kimi, İran tərəfi sərhəddəki son təlimlərimizi özünə qarşı yönəlmiş təhdid kimi görür. Burdan həm də o nəticə hasil olur ki, İran heç Cənubi Qafqazda sülhün yaranmasında və Ermənistanın “qırmızı xətləri” mövzusunda da səmimi deyilmiş. 

İranın “Tahlil-bazaar” nəşrində dekabrın 6-da dərc olunan məqalədə isə İranın Zəngəzur dəhlizinin açılmasından nə üçün narahat olduğundan söz açılıb.

Məqalədə qeyd olunur:

“İkinci Qarabağ savaşından öncə Azərbaycanla Naxçıvan bölgəsi arasında yol İrandan keçirdi və Zəngəzur dəhlizi ilə çox güman ki, bu vəziyyət dəyişəcək və Naxçıvanla nəqliyyatın qurulmasında Bakının Tehrandan asılılığı azalacaq”.

Cənub qonşumuzun “Bultan news” saytı isə daha da irəli gedərək, Azərbaycanı təhdid edib.

Nəşr Azərbaycan-Türkiyə birgə təlimlərinə cavab olaraq, Tehranın Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaları işıqlandırıb.

Nəşr, həmçinin Azərbaycan adından istifadə etməkdən belə narahat olaraq, ölkəmizi “Bakı Respublikası” kimi təqdim edib. 

Bundan əlavə, məqalədə Türkiyənin hərbi təlimlərdə Azərbaycanın yanında olmasının yaratdığı qorxu da hiss olunur:

“İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır”.

Əslində, bu cür nümunələrin sayı kifayət qədərdir. Lakin oxşar tesizlərdən istifadə olunduğu üçün siyahını uzatmağa ehtiyac görmədik.

Ümumilikdə isə, görünən mənzərə bundan ibarətdir ki, Arazın bu tayındakı təlimlərin əks-sədası o tayda yetərincə gur olub. Belə görünür ki, İran sərhədimizdəki son təlimlərinin cavabsız qalacağını düşünürmüş. Lakin onların ehtimalları suya düşdü və öz dilində cavab alan İran, yəqin ki, bir müddət qınına çəkilməyə məcbur qalacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO