Azərbaycan diasporu Nyu-Yorkda piket keçirdi - FOTO

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə ABŞ-da yaşayan Azərbaycan icması fəalları dinc etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan və türk icmaları üzvlərinin iştirakı ilə baş tutan aksiya beynəlxalq təşkilatın yerləşdiyi "Empire State Building"in qarşısında gerçəkləşdirilib.

Ermənistanın hərbi cinayətlərinə, ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara, erməni radikal qüvvələrinin Azərbaycanın ABŞ, Fransa və Livandakı səfirliklərinə hücumlarına etiraz bəyanatı “Human Rigths Watch”un əməkdaşı Cil Kolona (Gil Colon) şəxsən təqdim olunub.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandırıldığı aksiyada Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi dəhşətli müharibə cinayətlərinə diqqət cəlb edilib.

Ermənistanın hərbi cinayətlərinə son qoyulması tələbinin irəli sürüldüyü aksiya zamanı Gəncə, Bərdə dəhşətlərinin, Xocavənd rayonunun Edilli kəndində tapılmış kütləvi məzarlığın fotomaterialları, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücum etməyi dayandırın!”, “Gəncəyə hücum edilib!”, “Ermənistan, Azərbaycana itkin düşmüş şəxslərin taleyi haqda məlumat ver!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr aralıda yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bömbardman etməsi nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi cinayətlərini əks etdirən bukletlər paylanılıb.

Aksiya iştirakçılarının təhlükəsizliyi Nyu-York şəhərinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən qorunub. Soydaşlarımız “Human Rigths Watch”dan Azərbaycan icmasının etiraz bəyanatına cavab verməsini tələb edib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO