Hörmüz boğazının blokadası başlayandan bəri ABŞ qüvvələri İran limanlarından çıxan və ya həmin limanlara yönələn, İranla əlaqəli 45 ticarət gəmisini yolunu dəyişdirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Hazırkı vəziyyətə görə, 45 kommersiya gəmisinə geri dönmək və ya limana qayıtmaq əmri verilib", — deyə paylaşımda bildirilir.
CENTCOM vurğulayıb ki, ABŞ qüvvələri regionun beynəlxalq sularında patrul xidmətini və boğazın blokadasının təmin edilməsini davam etdirir.
Bizim.Media