Xerson vilayətinin işğaldan azad edilmiş kəndlərindən birində Rusiyaya məxsus sursat anbarının tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın təhlükəsizlik xidməti məlumat yayıb.
Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, anbar Velyka Oleksandrivka kəndində tapılıb.
Orada yarım min artilleriya mərmisi, “Qrad” və “Uraqan” reaktiv yaylım atəşi sistemləri üçün, o cümlədən yüzdən çox raket və tank əleyhinə minalar açkar edilib.
Bildirilib ki, silah-sursat Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verilib.
Bizim.Media

