NATO-nun baş katibi Yens Stoltenberq Belarus prezidenti Aleksandr Lukaşenkonu ölkəni Ukraynadakı müharibəyə cəlb etməyi dayandırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
“Biz Belarusun Ukraynaya raket atmaq üçün plasdarm (tramplin) kimi istifadə edildiyini gördük. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə o, qeyd edib.
Bundan əvvəl Aleksandr Lukaşenko Rusiya və Belarusun regional qoşun qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldiyini bildirib.
Lukaşenkonun sözlərinə görə, Belarusda mindən çox rus hərbçisi yerləşdiriləcək. Kreml mövzu ilə təfərrüatları açıqlamayıb.
Bizim.Media