COVID-19 infeksiyasına yoluxma hallarında sürətli artım var.
Bununla bağlı Bizim.Media-ya münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev çıxış yolunu sərt cərimə tətbiqində görür: “Mövcud vəziyyət yaydakı kimi daha da ağır fəsadlara gətirib çıxara bilər. Gedişat artma istiqamətindədir. Göstərici daha da yüksək olacaq. Düşünurəm ki, ciddi nəzarət olmalıdır. Kütləvi yerləri bağlayıb, insanların hamısını qapatmaqdansa, karantin qaydalarına əməl etməyən ayrı-ayrı insanları cərimələmək daha düzgün yoldur”.
Təranə Mirzəyeva, Bizim.Media