Tramp Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynadakı münaqişənin tezliklə bitəcəyinə ümid edir.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Ümid edirəm ki, tezliklə bitəcək", - deyə Amerika lideri Ukrayna münaqişəsi barədə danışarkən jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, hazırda onun diqqətinin əsas hissəsini Ukrayna deyil, İran cəlb edir.
"Hazırda İrana çox diqqət yetiririk", - deyə Ağ Ev rəhbəri bildirib.
Bizim.Media