Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadla paylaşdığı rus dilində videosu sosial mediada müzakirə olunub. Yazıçı Şərif Ağayar da sənətçinin paylaşımına irad bildirib.
Bizim.Media xəbər verir ki, müğənni yazıçının iradına cavab verib:
“Mən də görüb təəccüb etdim. Ağıllı insana bənzəyir. Məyus oldum yəqin ki, mənim rus dilini bilməyim ona pis təsir edib. Bəlkə səbəb ölkəmizi təhqir edən rusiyalı millət vəkili Zatulina rus dilində həddini bildirməyimdir? Ya da ölkəmizi dünyaya terrorçu kimi tanıtmaq istəyən futbolçu Muxtaryana oğlumun rus dilində verdiyi cavabdır. Sualım çoxdur. Heyf...”.
Sara, Bizim.Media