Kimlər yenidən hərbi xidmətə aparılacaq? - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir.

Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan qanunvericiliyinə əsasən çağırış yaşının 18–30 aralığını əhatə etdiyini və bu məsələnin ciddi şəkildə nəzərə alınmalı olduğunu bildirib.
 

"Söhbət burada insanın fiziki göstəricilərindən gedir. Məsələn, 30 yaşında, əvvəllər xəstəliyi olmuş bir şəxsin yenidən hərbi xidmətə çağırılması real suallar doğurur. Bu yaşda olan insanın 18–20 yaşlı əsgərlərlə eyni xidmət vəzifələrini yerinə yetirməsi bəzən çətin olur və hətta əlavə yükə çevrilə bilər. Bu məsələ dəfələrlə qeyd olunub. Təəssüf ki, bəzi hallarda qanunvericilikdə dəyişikliklər müzakirə edilərkən real xidmət şəraiti və praktik çətinliklər nəzərə alınmır. Halbuki bu qərarları verən şəxslər real hərbi xidmət şəraitini daha yaxından təsəvvür etməlidirlər ki, 30 yaşında, əvvəllər xəstəlik keçirmiş bir şəxsin sıravi əsgər kimi xidmət zamanı hansı çətinliklərlə üzləşə biləcəyini daha düzgün qiymətləndirə bilsinlər".


Ekspert bildirib ki, çağırış yaşı 18-dən 30-a qədər müəyyən olunubsa, bu 12 il ərzində sağlamlıq problemi olmuş şəxsin sonradan hərbi xidmətə cəlb olunması suallar yaradır.

"Əgər həmin xəstəlik xroniki xarakter daşıyırsa və ya ciddi sağlamlıq problemləri olubsa, bunun xidmət zamanı yenidən üzə çıxma ehtimalı yüksəkdir. Hətta sağalmış kimi görünsə belə, xidmətin keyfiyyəti məsələsi ayrıca müzakirə mövzusudur. Bu baxımdan, alternativ xidmət mexanizminin daha geniş tətbiqi məqsədəuyğun ola bilər. Xəstəlik səbəbindən tam hərbi xidmətə yararlı olmayan şəxslər üçün sosial və ya səhiyyə müəssisələrində xidmət imkanı yaradıla bilər. Məsələn, reabilitasiya mərkəzlərində, sosial müəssisələrdə və ya xəstəxanalarda fəaliyyət göstərmək alternativ xidmət kimi dəyərləndirilə bilər".

Onun sözlərinə görə, ümumilikdə məqsəd odur ki, orduya fiziki və psixoloji baxımdan tam yararlı, xidmət vəzifələrini keyfiyyətlə yerinə yetirə bilən şəxslər cəlb olunsun.

"Bu səbəbdən xəstəliklə bağlı meyarların daha dəqiq müəyyənləşdirilməsi və alternativ xidmətin genişləndirilməsi vacib məsələ kimi qiymətləndirilə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

End of content

No more pages to load

RADİO