İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasına səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ABŞ ilə İran arasında atəşkəs rejimi, sülh sazişinin imzalanması kimi məsələlərə toxunulub.
"İslamabad danışıqlarının ikinci mərhələsi ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
İranın xarici işlər naziri Abbas Əraqçinin də qatıldığı görüşdə İsrail ilə Livan arasında atəşkəs barədə də müzakirələr aparılıb.
Qeyd edək ki, D. Tramp İsrail və Livanın 10 günlük atəşkəs elan etdiyini bildirib.
Bizim.Media