Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Turan Bayramov bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan T.Bayramov üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.
Xatırladaq ki, ondan əvvəl Əhməd Yusifov (60 kq) da bürünc medal qazanmışdı.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Bizim.Media