Ukrayna ərazisinə 84 qanadlı raket atılıb, həmçinin hücumda 24 pilotsuz təyyarə də iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Forbes jurnalı rəsmi açıqlamalara istinadən yayıb.
Nəşr yazır ki, raket zərbələri 400-700 milyon dollara başa gəlib.
Forbes qeyd edir ki, atılan raketlərin dəyəri geniş diapazonda qiymətləndirilir. çünki raketlərin dəqiq sayı məlum deyil. Məlumata görə, Ukrayna ərazisinə X-101, X-555, Kalibr, İskəndər, Tornado-S və S-300 raketləri atılıb.
Bizim.Media