Polşalı jurnalist Lukaş Orbitovski zarafatla Polşa xalqına artan elektrik haqqını ödəyə bilməmək üçün həbsxanaya getməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Onet.pl nəşri yayıb.
Jurnalist bildirib ki, o, Polşa islah müəssisələrindən birində ədəbiyyat müəllimi işləyir. Orbitovski dərslərin birində ölkədə qaz və elektrik enerjisinin bahalaşması probleminə toxunub.
Orbitovskinin sözlərinə görə, o, elektrik haqqını ödəməməyin yolunu tapıb.
"Biz dərhal həbsxanaya getməliyik" deyə o vurğulayıb.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski ölkəsini çətin qış qarşılaşacağını bildirmişdi.
Bizim.Media
