Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Mişel şəxsi “Twitter” hesabında məlumat verib.
Ş.Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacağam”, - deyə o qeyd edib.
Ş.Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.
Bizim.Media
