“Biz SEPAH-ın (İnqilab Keşikçiləri Korpusu) 10 min üzvünü sanksiya siyahımıza daxil etmişik”.
Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo açıqlama verib.
“Onların Kanadaya girişi həmişəlik qadağan edilib.
Biz SEPAH ilə əlaqəli İran İslam Respublikası və onları dəstəkləyən etibarlı şəxslərlə maliyyə əməliyyatlarını məhdudlaşdıracağıq. Bu hərəkətlər İrana qarşı hər yerdə ən sərt tədbirlərdən biridir” – deyə Trudo qeyd edib.
Bizim.Media