Bizim.Media Con Hopkins Universitetindən verilən açıqlamaya istinadən xəbər verir ki, ABŞ-da son sutka ərzində 169 min 935 nəfər yeni növ koronavirusa yoluxub.
Ötən 24 saatda COVID-19-a yoluxmuş 3292 nəfər vəfat edib. Ümumilikdə isə ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyona çatıb, ölənlərin sayı 417 min nəfərdən çoxdur.
Bizim.Media