İtaliya yığması iki itki ilə üzləşib.
Bizim.Media "Football Italia"ya istinadən xəbər verir ki, Matteo Politano və Lorenso Pelleqrini zədə səbəbindən komandanın düşərgəsini tərk edib.
Bu oyunçuların əvəzinə komandaya Davide Frattezi və Manolo Qabbyadini cəlb edilib.
Qeyd edək ki, İtaliya yığması sentyabrın 23-də Millətlər Liqasında İngiltərə, 26-da Macarıstanla qarşılaşacaq.
Bizim.Media