Rusiyanın Yekaterinburq şəhər məhkəməsi uzun müddət həbs cəzasına məkum edilmiş Şahin Şıxlinskinin rəhbərlik etdiyi "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının ləğv olunması barədə qərar çıxarıb. Qərar iyun ayında qəbul edilsə də, bu barədə məlumat yalnız indi bəlli olub.
Bizim.Media e1.ru-ya istinadən xəbər verir ki, təşkilat artıq Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb.
Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski 2025-ci ilin yayında saxlanılıblar.
Şahin ağır cinayətlərdə — qəsdən adam öldürməyə cəhd və təşkilatçılıq, habelə saxlanılma zamanı hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli bilinərək ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu isə 8 il azadlıqdan məhrum olunub.
Şıxlinskinin həbsindən sonra diasporun yeni rəhbəri seçilən Vidadi Mustafayev də 2025-ci ilin sonunda 16 milyon rublluq dələduzluq ittihamı ilə həbs edilib.
Bizim.Media