Bu gün Portuqaliyada prezident seçkiləri keçirilir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, prezident kürsüsü uğrunda 7 namizəd yarışır. Ölkənin dövlət başçısı Marselu Rebelu di Souza da namizdəliyini irəli sürüb.
Portuqaliyada 9 milyondan artıq seçici səsvermə hüququna malikdir.
Qanuna görə, əgər namizədlərdən heç biri 50 faizdən artıq səs toplamasa, fevarın 14-ü seçkilərin ikinci turu keçiriləcək.
Bizim.Media