Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” - “Nant” (Fransa) oyununun biletlərinin satışı davam edir.
Klubun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, artıq bu qarşılaşmaya 25 min bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu görüşə saat 20:45-də start veriləcək.
Bizim.Media