Kiyev vilayətinin Vişnoye şəhərinə endirilən raket zərbələrindən sonra şəhərin hazırkı vəziyyətini əks etdirən foto yayımlanıb.
Bizim.Media xəbər verir ki, kadrlarda yaşayış məntəqəsinin yaşayış evlərinin tamamilə dağıldığı, ərazinin yanğın və uçqunların nəticəsində yaranan xarabalıqlara çevrildiyi aydın görünür. Dünən baş verən partlayışlar nəticəsində bölgədəki infrastruktur ciddi ziyan görüb.
Hadisənin miqyası və dağıntıların dəqiq təsiri barədə əlavə rəsmi məlumatlar dəqiqləşdirilir.

Bizim.Media