Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşların inzibati cərimə ilə yanaşı, onların ölkədən deportasiya olunacağı inzibati xətaların siyahısını genişləndirən qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, ilkin variantda siyahının 43 maddəyədək genişləndirilməsi planlaşdırılsa da, sonradan daha iki əsas əlavə edilib. Bunlar hər hansı əlamətə görə ayrı-seçkilik (cins, irq, dəri rəngi, milliyyət, dil, yaş, dinə münasibət və s.) və dövlət sərhədində hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaqdır.

Volodin bildirib ki, dəyişikliklər ölkədə ictimai təhlükəsizliyin gücləndirilməsinə və miqrasiya sahəsində nizam-intizamın təmin edilməsinə xidmət edəcək. O, əlavə edib ki, Dövlət Duması bu həftə əmək miqrasiyası ilə bağlı digər qanunvericilik təşəbbüslərinə də baxacaq.

Hazırda Rusiya İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilərin ölkədən çıxarılması inzibati xətaya görə tətbiq oluna bilən cəza növlərindən biridir.

Təklif olunan dəyişikliklərə əsasən isə bəzi inzibati xətalara görə cərimə ilə yanaşı, ölkədən çıxarılma məcburi əlavə cəza olacaq.

Qeyd edək ki, qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən mart ayında hazırlanıb və may ayında Dövlət Dumasında birinci oxunuşda qəbul edilib.

Bu qanunun qəbulu Rusiyada yaşayan soydaşlarımıza necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi konkret hansısa millətə, o cümlədən də azərbaycanlılara qarşı deyil:

“Miqrantlara qarşı qaydaların sərtləşməsi əslində siyasi məsələdir. Tarixən belə olub ki, Rusiyada daxili problemlər artdıqca ölkə daxilində “düşmən” axtarışına başlanılıb. Hakimiyyət tərəfindən xalqa mesajlar ötürülüb ki, “günah hökümətdə yox, miqrantlardadır”. Guya ki, miqrantların ölkədəki iqtisadi fəaliyyəti ağır duruma salır, kriminogen vəziyyəti gərginləşdirir.

İndiki vəziyyətdə Rusiya Ukraynanın müharibə bataqlığında boğulur. Çıxış yolu tapmayan rəsmi Moskva ölkə daxilində “günah keçisi” axtarır. Bu siyasət miqrantlara qarşı qanunların və qaydaların daha da sərtləşməsinə səbəb olur”.

Bu qadağaların soydaşlarımıza təsir imkanlarından danışan partiya sədri qeyd edib ki, orada yaşayan soydaşlarımızın böyük əksəriyyəti Rusiya vətəndaşıdır:

“Onlar miqrant deyil. Yəni soydaşlarımız etnik olaraq azərbaycanlı olsalar da, Rusiya vətəndaşlarıdır. Həmin soydaşlarımıza miqrasiya haqqında qanunun dəyişdirilməsinin və yaxud sərtləşdirilməsinin heç bir aidiyyatı yoxdur. Bu məsələdə ən çox ziyan görə biləcək kəsim heç bir qeydiyyatı olmayan miqrantlardır. Təəssüf ki, belələri arasında soydaşlarımız da var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

End of content

No more pages to load

RADİO