Ukraynanın müharibədəki dönüş nöqtəsindən faydalanması üçün cəmi 6-9 ay vaxtı var.
Bu barədə Ankarada keçirilən NATO sammitində yüksək vəzifəli Alyans nümayəndəsi bəyan edib.
Bizim.Media xəbər verir ki, Alyans rəsmisi Ukraynanın indiyədək itirdiyindən daha çox ərazini geri qaytardığını, müharibəni Rusiyanın dərinliklərinə keçirərək düşməni müdafiə olunmağa məcbur etdiyini vurğulayıb.
Lakin o, Rusiyanın yeni müharibə şəraitinə sürətlə uyğunlaşdığını xüsusi qeyd edib:
"Rusiya döyüş taktikasını bizim kimi sürətlə öyrənir. Qeyd olunan 6-9 aylıq müddət düşmənin öz taktiki və texniki imkanlarını adaptasiya etməsini göstərən bir vaxtdır", - deyə rəsmi şəxs bildirib.
Bizim.Media