Ötən gün Oğuz rayonunda yük avtomobili yanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisindəki taxıl zəmisində qeydə alınıb.
Biçindən sonra taxılla yüklənmiş TIR alovlanmağa başlayıb. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media