Gəncə şəhərində gənc qızın meyiti aşkar edilib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.Hacıyev küçəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü S.Sadıqovanın meyiti yaxınları tərəfindən yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu