İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanda koronavirus aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Zidanın “COVID-19” testi pozitiv çıxıb. Baş məşqçinin karantinə alındığı vurğulanıb.
48 yaşlı mütəxəssis son olaraq yanvarın 20-də 1:2 hesabıyla uduzduqları “Alkoyano” ilə kubok matçında komandasına rəhbərlik edib.
Bizim.Media