Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobili aşıb.
Qəzada avtomobildə bir ailənin üzvləri olub. İlkin məlumata görə, sürücü və qayınana ölüb. Maşında olan 3 nəfər ailə üzvü xəsarət alıb.
Bizim.Media