Azərbaycan 1-ci liqasında mübarizə aparan "Bakı Sportinq" baş məşqçisi Samir Ələkbərovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi həmçinin qapıçılar üzrə məşqçi Davud Əsgərovla da vidalaşıb.
Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Bakı Sportinq" hazırda 1-ci liqanın turnir cədvəlində 0 xalla sonuncudur.
Bizim.Media