Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Yəməndə Husilər ölkənin üçüncü ən böyük şəhəri olan Taizə yaxınlaşıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yerli sakinlərin məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, şəhərin ələ keçirilməsi Husilərə beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinə doğru irəliləmək imkanı verə bilər.

“Financial Times” yazır ki, Taizə gedən bütün əsas girişlər döyüş zonasına çevrilib. Yerli sakinlərin sözlərinə görə, toqquşmalar o qədər qəfil başlayıb ki, insanlar təhlükəsiz ərazilərə təxliyə olunmağa imkan tapmayıblar.

Şəhər sakinləri ərzaq, dərman və yanacaq çatışmazlığından, eləcə də bu məhsulların qiymətlərinin kəskin artmasından şikayət edirlər. Onlar şəhərin ələ keçirilməsindən və küçə döyüşlərinin başlanmasından ehtiyatlanırlar. Bununla belə, sakinlər cəbhə xəttini keçməli olacaqlarından qorxaraq şəhəri tərk etməyə də çəkinirlər.
 
“New America” analitik mərkəzinin elmi əməkdaşı Adam Baron “Financial Times”a bildirib ki, Taiz uzun müddətdir husilərə qarşı müqavimətin əsas mərkəzlərindən biri olub. Şəhər həm də Yəmən prezidenti Rəşad əl-Əliminin doğulduğu yerdir.

Ekspertin sözlərinə görə, Taiz üzərində nəzarətin ələ keçirilməsi təkcə strateji deyil, həm də simvolik əhəmiyyət daşıyır.

Husilər 2015-ci ildə də Taizi mühasirəyə almağa cəhd göstəriblər. Hazırkı mühasirə hökumət qüvvələrinin şəhərətrafı geniş ərazilər üzərində nəzarəti qoruyub saxlamaqda çətinlik çəkdiyini göstərir. On ildən çox əvvəl həmin ərazilər döyüşlərdən qaçan sakinlər üçün sığınacağa çevrilmişdi.

“Financial Times”ın yazdığına görə, bu dəfə şəhərətrafı ərazilərdə yaşayanların çoxu Taizə köçüb. Bu isə onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

End of content

No more pages to load

RADİO