“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb.

Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu barədə “Fruktoviy çay” yutub layihəsində açıqlama verib.

Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:

“Boşanma ərəfəsi başqa idi. Bir gülləm qalmışdı, ya onu özümə atmalı, ya da həyata vurmalı idim. Peşman deyildim. Həyatın bir mərhələsindən digərinə yağ-bal ilə keçmirik. Yeni Lalə doğuldu, ikinci dəfə ana oldum. Çətinliklər var idi”.

L.Məmmədova övladlarının atası ilə münasibətlərə də toxunub. O, valideyn məsuliyyətinin hər kəsdə eyni olmadığını vurğulayıb:

“Tez-tez soruşurlar ki, ataları uşaqlarla maraqlanır, maddi dəstək olur? Valideynlik məsuliyyətdir. Hər valideyn ata, ana ola bilməz. Biz zorla kişinin boynuna qoyuruq ki, məsuliyyətli olmalıdır, ailə başçısı, ər, ata olmalıdır, nümunəvi olmalıdır. İnsan istəmir, atalıq hissindən məhrumdur. Valideyn olub, amma ata olmayıb. Onu buraxdıq. Övladlarımın hər saatından xəbərdar olmaq istəyirəm. Mənə analıq hissi verilib, qarşımdakı insana bunu zorla verə bilmərəm”.
 

Müğənni yenidən ailə qurmaq məsələsindən də danışıb. Onun sözlərinə görə, övladları ikinci dəfə ailə qurmasını çox istəyirlər. Ətrafında ciddi münasibət qurmaq istəyən insanlar olsa da, sənətçi bu barədə qərar verməkdə tərəddüd edib.


Məmmədova sənət və ailə həyatını bir arada aparmağın çətin olduğunu da deyib. O, səhnəyə hər dəfə çıxanda həyəcan keçirdiyini və tamaşaçının qarşısında özünü daim sübut etməli olduğunu bildirib.

“20 il əvvəl özünü sübut etməyə çalışırdın, indi də eyni vəziyyətdir. Mahnını yaxşı oxumadınsa, sən yaxşı müğənni deyilsən. Tamaşaçı çox qəddardır” deyə, sənətçi qeyd edib.

Övladları ilə münasibətindən danışan müğənni onların özünün fanatı olduğunu söyləyib. İfaçı uşaqlarla keyfiyyətli vaxt keçirməyin vacibliyini vurğulayıb:

“Uşaqlarım mənim fanatımdır. Uşaq anasını görməsə, darıxar. Təsəvvür edin, bir həftə evdə yoxam. Bu, uşaq üçün travmadır. Bütün yaradıcı insanların uşaqlarının travması var, analarını görmürlər. Bütün günü yanında olmaq sevmək demək deyil. İki-üç saat onlara elə xatirə yaşadaram ki, xoşbəxt olarlar. Övladlarımla keyfiyyətli zaman keçirirəm”.

Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı İlham Qafarovla 2013-cü ildə ayrılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

End of content

No more pages to load

RADİO