Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq.
Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.
Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.
Bizim.Media